Accessibility links

304 sərnişinin ölümünə səbəb olan gəmi kapitanı ömürlük həbs edilib


Cənubi Koreyanın Apellyasiya Məhkəməsi aşağı instansiya məhkəməsinin daha yüngül qərarını ləğv edərək ötən il batan Seul gəmisinin kapitanına ömrlük həbs qərarı qəbul edib.

Cənubi Koreyanın cənubundakı Quancu şəhərinin yuxarı instansiya məhkəməsi keçən ilin aprelində ölkənin cənub-qərb sahillərində batan gəmidəki 304 nəfərin ölümündə Li Cun-Seolu günahkar bilib.

2014-cü ilin noyabrında məhkəmə vəzifəsinin icrası zamanı layeqdlik və ehtiyatsızlığa yol verən kapitanı 36 il müddətinə azadlıqdan məhrum etmişdi.

Bu gün qəbul olunan qərarla Apellyasiya Məhkəməsi həmçinin 5-30 il azadlıqdan məhrum edilən 14 ekipaj üzvünün həbs müddətini 18 aydan 12 ilədək müddətə azaldıb.

Hadisə qurbanlarının ailə üzvləri hər iki hökmü tənqid edərək onların çox yumşaq qərar olduğunu bildirib.

XS
SM
MD
LG