Accessibility links

Regiondakı gərginlik cənubi koreyalıların daha çox hazır qida və qızıl almalarına səbəb olub


Seulda, metro girişinin yaxınlığında bomba sığınacağı işarəsi.
Seulda, metro girişinin yaxınlığında bomba sığınacağı işarəsi.

Şimali Koreya və ABŞ arasında gərginliyin artdığı bir vaxtda cənubi koreyalılar daha çox qızıl, hazır qida alır, hökümət isə bütün ölkəni əhatə edəcək mülki müdafiə təlimlərinin keçirilməsini planları üzərində çalışır.

Uzun zamandır ki, Şimali Koreyanın artilleriyasının hədəf götürə biləcəyi ərazidə yaşamaqlarına baxmayaraq, yarımadanın cənub sakinləri şimal qonşularının aqressiyasına və keçirdiyi ballistik raket sınaqlarından çəkinmədən yaşayıblar.

Lakin son həftə, rəsmi Pxenyanın ABŞ ilə hədələyici tərzdə danışması, regionda ağır və geniş miqyaslı hərbi əməliyyatların keçirilməsi qorxusu yaradıb.

İllik gəliri 1.75 milyon dollar olan hazır qida istehsalçısı Combat Ration Inc. şirkəti bildirib ki, keçən həftə onların satışlarında 50 faiz artım olub. Digər hazır qida istehsalçıları Babmart və onlayn satışla məşğul olan jun2food.com şirkətləri də satış artımlarını qeyd edirlər. Hər iki şirkətin rəsmiləri artımı regiondakı gərginliklə izah edirlər.

3M adlı qızıl dəyişmə şirkətinin rəsmisi Sonq Conq-gil deyir ki, eyni meyl qızıl satışında da hiss olunur. Onun bildirdiyinə görə, kiçik qızıl külçələri satışı avqustun 9-dan bəri beş dəfə artıb.

Sərmayəçilər geosiyasi gərginliyin kəskinləşdiyi və qeyri-müəyyənlik dövrlərində vəsaitlərini qızıla sərf etməyə daha meylli olurlar. Şimal qonşusu ilə müharibə şəraitində olan cənubi koreyalılar da istisna deyil.

Şimali Koreyanın ən azı 1,000 artilleriya ədədi 25 milyon insanın yaşadığı paytaxt Seulu hədəf götürmək gücündədir. Paytaxt bələdiyyəsi rəsmisindən alınan məlumaya görə, yerli hökümət mülki müdafiə təlimlərini 23 avqust tarixinə təyin ediblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG