Accessibility links

Cənubi Koreya jurnalistləri nüvə sahələrinin sökülməsini müşahidə etmək üçün Şimali Koreyada səfərdədir


Cənubi Koreyanın səkkiz jurnalisti Şimali Koreyaya səfər edərək, ölkədəki nüvə sahələrinin sökülməsini müşahidə edəcəklər. Pxenyan cənublu jurnalistlərin səfəri üçün icazəni uzun müddət gecikdirdikdən sonra verib.

Cənubi Koreya jurnalistləri çərşənbə günü Birləşmiş Ştatlar, Britaniya, Çin və Rusiyadan olan jurnalistlərdən ibarət qrupa daxil olacaq. Lakin Şimali Koreya icazəni gecikdirdiyinə görə, cənubi koreyalı jurnalistlər digər mətbuat nümayəndələri ilə bərabər uçmalı olduqları təyyarəyə minə bilməyiblər.

Mətbuat nümayəndələrindən ibarət qrup Şimali Koreyanın Punqye adlı ucqar regionunda olacaq.

Şimali Koreyanın altı nüvə sınağı keçirdiyi Punqye sahəsinin sökülməsi hava şəraitindən asılı olaraq, çərşənbə və cümə günləri arasına planlaşdırılıb.

Nüvə sahələrinin sökülməsi qərarı Şimali Koreya lideri Kim Conq Un və ABŞ prezidenti Donald Tramp ilə 12 iyun tarixinə planlaşdırılan zirvə görüşü ərəfəsində Pxenyanın Vaşinqtona xoş məramının nümayişi kimi qiymətləndirilir.

Lakin bu qərardan sonra Pxenyan Birləşmiş Ştatların birtəfəfli nüvəsizləşdirmə ilə bağlı şərtləri ilə razılaşmadığı üçün görüşdən imtina edə biləcəyini bildirib.

XS
SM
MD
LG