Accessibility links

Cənubi Koreyada nüvə staniyasının operatoru hakerlərin hücumuna məruz qalıb


Cənubi Koreya nüvə stansiyasının istismarçısının kompyuterlərinin hakerlərin hücumuna məruz qaldığını bildirir.

Hökümət və Koreya Hidro və Nüvə Stansiyasının rəsmiləri kiber hücumun ölkənin 23 nüvə reaktoruna heç bir təhlükə yaratmadığını bildiriblər.

Haker ötən həftə Tvitter hesabından istifadə edərək reaktorlarla bağlı müxtəlif informasiyalar yayıb. Haker cüma axşamına qədər 3 köhnə reaktorun bağlanmadığı halda daha çox informasiya yayacağını bildirib.

Bu hücum Amerika Birləşmiş Ştatlarının Pxenyanı Sony Pictures-a qarşı kiber hücumda ittiham etməsindən sonra Şimali Koreyanın istehsal və sosial təyinatlı hədəflərə kiber hücumlarını artıracağı barədə narahatlıqların çoxaldığı ərəfəyə təsadüf edir.

XS
SM
MD
LG