Accessibility links

Keçmiş Cənubi Koreya prezidenti prokurorlar tərəfindən dindirilib


Cənubi Koreyalı prokurorlar korrupsiya ittihamlarına görə çərşənbə günü keçmiş ölkə başçısı Li Myunqu sorğu-sual ediblər.

76 yaşlı Li ölkənin əsas kəşfiyyat agentliyi olan Milli Kəşfiyyat Xidmətindən, eləcə də Samsung şirkəti və digər biznes qurumlarından 10 milyon dollardan çox rüşvət almaqda ittiham edilir.

Hazırda həyatda olan dörd keçmiş Cənubi Koreyalı prezidentlərin hamısı ya cinayət məsuliyyətinə cəlb edilib, ya da ittiham edilərək araşdırılıblar.

Mühafizəkar Park Geun 2016-cı ildə ortaya çıxan böyük bir korrupsiya skandalı səbəbindən keçən il işindən kənarlaşdırılmışdı. Prokurorlar Pak Geun vəzifəsindən sui-istifadə etmək və rüşvət almaq ittihamlarına görə 30 illik həbs tələb edir. Məhkəmə gələn ay başlayacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG