Accessibility links

"Koreya yarımadasında nüvə silahlarına yer yoxdur"


Cənubi Koreya prezidenti Mun Cae
Cənubi Koreya prezidenti Mun Cae

Cənubi Koreya prezidenti Mun Cae-nin sözlərinə görə, onun ölkəsi nüvə silahına malik Şimali Koreyanı heç bir zaman qəbul etməyəcək.

Biz Koreya yarımadasında sülh əldə etməyə çalışırıq

Çərşənbə günü parlament qarşısında çıxış edən prezident Mun həmçinin Cənubi Koreyanın öz nüvə silahların malik olmaq və nüvə arsenalını inkişaf etdirmək fikrini də rədd edib. O hər iki ölkənin 1992-ci ildə Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair əldə edilmiş birgə bəyannaməyə riayət etməli olduğunu qeyd edib.

"Biz Koreya yarımadasında sülh əldə etməyə çalışırıq. Bu səbəbdən də Koreya yarımadasında hər hansı bir silahlı konflikt və ya hərbi gediş olmamalıdır. İkinci məsələ isə regionun nüvəsizləşdirilməsidir. Koreya yarımadasının birgə bəyannaməsinə əsasən, biz Şimali Koreyanın nüvə gücünə sahib olmasını qəbul edə bilmərik. Öz növbəsində Cənubi Koreya da nüvə silahlarını inkişaf etdirib əldə etməyəcək” deyə, Mun Cae bildirib.

Prezidentin bu açıqlaması sentyabr ayından bəri çox sayda nüvə təlimləri keçirən Şimali Koreyaya qarşı ABŞ-ın taktiki nüvə silahlarını ölkədə yerləşdirmək istəyən müxalif qanunvericilərin tələbinə cavab oldu.

İki tərəf arasında 1950-53-cü illərdə baş vermiş müharibənin sülh müqaviləsi deyil, hərbi əməliyyatların dayandırılmasına dair sazişlə başa çatmasına görə region faktiki olaraq münaqişə vəziyyətindədir.

XS
SM
MD
LG