Accessibility links

Cənubi Koreya prezidentinin yoldaşının məhkəməsi keçirilib


Bazar ertəsi Cənubi Koreya prezidenti Park Qın-hının həbs olunmuş dostu Seulda ilk məhkəməsinə çıxarılıb.

Prokurorlar deyir ki, Çoy Sun-sil Cənubi Koreyanın böyük şirkətlərini nəzarət etdiyi iki fonda on milyonlarla dollar ianə etməyə məcbur edib. Çoi bu pullların bir hissəsini öz şirkətlərinə köçürməkdə ittiham olunur.

O isə bütün ittihamları rədd edir.

Bu ayın əvvəlində Cənubi Koreya parlamenti prezidenti impiç etmək üzərində səs verib və nəticədə o, dərhal vəzifədən azad edilib.

Prokurorlar prezident Parkı istintaqda cinayət subyekti olduğunu deyir və onun Çoyun ona tabe olunan insanları Koreya şirkətlərinə idman və mədəniyyət fondlarını maliyyələşdirmələri üçün təzyiq göstərmələrinə göstəriş verməsində iştirak etdiyini iddia edir.

Bu ayın əvvəli Cənubi Koreya parlamenti prezidenti impiç etmək üzərində səs verib və nəticədə o, dərhal vəzifədən azad edilib.

Konstitutsiya Məhkəməsinin impiçmentin legitimliyini nəzərdən keçirmək üçün altı ayı müddəti var. Əgər məhkəmə impiçmenti təsdiqləsə, qərar alınandan sonra iki ay ərzində yeni prezident seçkiləri təyin olunacaq.

Prezident Park bu layihələrdən şəxsən mənfəət qazanmadığını və ətrafındakıların qanunsuz əməllərindən xəbərdar olmadığını iddia edir.

XS
SM
MD
LG