Accessibility links

Cənubi koreyalılar nüvəsizləşdirilmə sammitindən sonra nikbindir [Video]


Cənubi koreyalılar nüvəsizləşdirilmə sammitindən sonra nikbindir
please wait

No media source currently available

0:00 0:02:20 0:00

Şimali Koreya lideri Kim Conq Unla Cənubi Koreya prezidenti Mun Cae-in arasında tarixi sammitdən sonra Seulda nikbinlik yaranıb.

Koreyalar-arası sammit Kim Conq Unu Cənubi Koreya ərasizinə daxil olan ilk Şimali Koreya lideri edən sərhəddəki tarixi o addımdan tutmuş, onun Cənubi Koreya prezidenti Mun Cae-ini sərhədi yenidən keçib Şimali Koreyaya daxil olmasını istədiyi o şən ana, iki liderin 30 dəqiqə davam edən qızğın söhbəti və yeni sülh dövrünün başlandığına dair yeni birgə bəyanatın imzalanmasına kimi bir çox məqamı ilə Seulda bir çoxlarında gələcəklə bağlı nikbinlik oyadıb.

Mən sammiti izləyəndə çox həyəncalı idim. O an məndə birləşmənin yaxın zamanda baş verəcəyinə dair ümid yaratdı.
Li Se-Cin

“Mən sammiti izləyəndə çox həyəncalı idim. O an məndə birləşmənin yaxın zamanda baş verəcəyinə dair ümid yaratdı,” deyə Seul sakini Li Se-cin bildirib.

Sammiti izləyən bir çoxları Şimali Koreya liderini düşmənlərinə qarşı nüvə hücumları həyata keçirməklə hədələyən avtoritar diktatordan savayı daha məntiqli və dəyişkliyə açıq biri olaraq gördü.

“O diktator kimi çox hökmlü biri kimi görünürdü, amma cürətli, ağıllı və cəsur bir insan təəssüratı yaratdı,” Seul sakini Yun Yanq-Gil deyib.

Kim sammitdə Koreya Yarımadasının tam nüvəsizləşdirilməsinə razılaşıb.

Şimali Koreya birtərəfli olaraq bütün nüvə və raket sınaqlarını dayandırıb, Seuldakı rəsmilər isə deyib ki, Pxenyan may ayında beynəlxalq ekspertlər və jurnalistləri oradakı nüvə sınaqlarının keçirildiyi təsisin bağlanmasına şahid olmağa dəvət edəcək.

Sammitdən sonra prezident Munnun etimad reytingi 70 faizdən yuxarıya yüksəlib. Liberal prezidenti dəstəkləməyən bir çox mühafizəkar seçici artıq Munu üzərinə diplomatik öhdəlik götürdüyü üçün alqışlayır.

“Mun Cae-in prezident olandan sonra belə mənim ona qarşı xoş hisslərim yox idi, çünki mən mühafizəkaram, amma belə görünür o səmimidir və məsuliyyətlidir, sözlərini tutur. Bu da başqlarının ona etibar etməsinə səbəb olur, deyə cənubi koreyalı mühafizəkar seçici Honq Sun-Dok bildirib.

Kim Conq-Un və Mun Cae-İn
Kim Conq-Un və Mun Cae-İn

Nüvəsizləşdirmə ilə bağlı birgə bəyannamən danışıqlar prosesininin başlanğıcıdır. Növbəti addım ABŞ prezidenti Donald Trampla Kim arasında iyun ayına palanlaşdırılan görüşün baş tutmasıdır. Tramp administrasiyası əldə olunan irəliləyişləri dəstəkləsə də, iqtisadi sanskiyaları azaltmadan öncə, Şimali Koreyanın nüvə proqramında daha sonra dəyişilməyəcək əsaslı azalmaların olmasını istəyir.

XS
SM
MD
LG