Accessibility links

Çex respublikasına yeni parlament seçilir


Çex respublikasına yeni parlament seçilir
Çex respublikasına yeni parlament seçilir

Təhlilçilər Sosial Demokrat Partiyasının üstün gələcəyini proqnozlaşdırırlar

Çex Respublikasının sakinləri yeni parlamenti müəyyənləşdirmək məqsədilə bu gün və sabah səsvermə məntəqələrinə gedirlər. Təhlilçilər sabiq baş nazir Ciri Parobelin Sosial Demokrat Partiyasının mühafizəkarların Mülki Demokrat Partyasına üstün gələcəyini proqnozlaşdırırlar. Sosial Demokratlar partiyası qalib gəldiyi təqdirdə, ona koalisiya qurmaq üçün tərəfdaş lazım olacaq. Kampaniyada başlıca debat mövzusu büdcə defisiti olub. Keçən il Çex Respublikasının iqtisadiyyatı 10 faiz kiçilmişdi. Avropa Birliyinin digər dövlətləri ilə müqayisədə bu ölkənin ümumdaxili istehsalı 35 faiz geridə qalırdı. Təhlilçilər islahatlar həyata keçirilməyincə itkilərin artacağı barədə xəbərdarlıq ediblər.

XS
SM
MD
LG