Çex Respublikasının prezidenti Vaslav Klaus mühafizəkar Demokrat Vətəndaş Partiyasının lideri Piter Nekasdan keçən həftə keçirilən parlament seçkilərindən sonra yeni koalisiya hökuməti qurmaq barədə danışıqlara çağırıb. Demokrat Vətəndaş Partiyası mühafizəkar TOP-9 və mərkəzçi İctimai Əlaqələr Partiyaları ilə danışıqlar keçirib. Prezident Klaus bu gün cənab Nekasdan koalisiya hökuməti qurmaq barədə danışıqlar barədə onu iki həftə ərzində məlumatlandırmasını xahiş edib.Çərşənbə günü üç partiya Mərkəzi – Sağçı koalisiya hökuməti qurmaq barədə razılıq əldə etdilər.