Accessibility links

Çexiyada Amerika vətəndaşı ömürlük həbs cəzasına məhkum edilib


Çexiya məhkəməsi üç il öncə dörd nəfərdən ibarət bir ailəni qətlə yetirməkdə ititham edilən amerikalıya ömürlük həbs cəzası verib.

Hakim 24 yaşlı Kevin Dahlgrenə qarşı 2013-cü ilin mayın 22-də Çexiyanın Brno şəhərində bir ana, ata və onların iki oğlunu bıçaqlayaraq öldürdüyü barədə hökm çıxarıb.

Əslən Kaliforniyanın Palo Alto şəhərindən olan Dahlgren Çexiya orqanları tərəifndən onun həbsinə dair beynəlxalq order verildikdən bir gün sonra Vaşinqton hava limanında saxlanılıb.

Çexiya orqanları hadisə qurbanların cəsədlərini onların Praqadan 200 kilometr məsafədə yerləşən Brno şəhərindəki evlərində aşkar edib. Dahlgren onların qohumudur.

O, Brnoda regional məhkəmə qarşısında ifadə verməkdən imtina edib, lakin hadisəni bir faciə adlandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyanın Ukrayandakı mülki obyektlərə silsilə raket hücumları davam edir
please wait

No media source currently available

0:00 0:12:45 0:00
XS
SM
MD
LG