Accessibility links

Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub


Avqustun 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

Məlumata görə, nazirlər Azərbaycan-Ermənistan dövlət sərhədində mövcud olan vəziyyəti və üçtərəfli bəyanatların icrası ilə əlaqədar məsələləri, o cümlədən bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı üçtərəfli işçi qrupunun fəaliyyətinə dair məsələləri müzakirə edib.

Tərəflər eyni zamanda ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıb.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG