İslam Dövləti terror qrupu tərəfindən başı kəsilərək öldürülən amerikalı jurnalist Ceyms Foleyin ailəsi bildirib ki, o yoldaşlarının həyatını xilas etmək üçün könüllü olaraq özünü qurban verib.
Foleyin qardaşı Maykl Ceymsin ozünü qurban etdiyini düşünür.
Foleyin ailəsi terrorçu qrupun tələb etdiyi 130 milyon dolları toplamaq üçün cəhd göstərsə də, buna nail ola bilməmişdi.
Avropa ölkələri oğurlanan vətəndaşları üçün sərbəst buraxılma qarşılığında multi milyon dollar ödədikləri halda, ABŞ belə bir ödəniş etmir.
Prezident Barak Obamanın Feleyin ailəsinə zəng edib baş sağlığı verməyənədək ailə ABŞ-ın onların övladlarını qurtarmaq üçün məxfi missiya keçirdiyindən, ancaq əməliyyatın uğursuzluqla nəticələndiyindən xəbərdar olmayıb.
Foley 2012-ci ildə Suriyada oğrulanıb. İslam Dövləti qrupunun baş qərargahı Suriyada yerləşir və Foleyin orda öldürüldüyünü güman edilir.
ABŞ Müdafiə Naziri Çak Heyqel İslam Dövləti qrupunun terror təhlükəsi olduğunu deyib. O, yaraqlıların Əl-Qaida qrupundan və digər terror təşkilatlarından təlimli, silahlı, təşkilatlı və maliyyə cəhətdən daha yaxşı vəziyyətdə olduğunu bildirib.
Britanyanın daxili işlər naziri Teresa Mey ölkədə britaniyalı müsəlman ekstrimistlərə qarşı yeni qanun hazırlandığını deyib. Foleyi öldürən Britaniya ləhçəsində danışan İslam Dövləti qrupunun yaraqlısının Britaniya vətəndaşı olduğu ehtimal edilir.