Accessibility links

Ceyms Uorlik Azərbaycan və Ermənistan prezidentinə müraciət edib


ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Twitter hesabında Azərbaycan və Ermənistan prezidentlərinə müraciət edib.

O prezidentləri təmas xəttində qarşıdurmanı dayandırmağa çağırıb.

“Prezidentlərə təmas xəttində qarşıdurmanın dayandırılması, danışıqlara riayət edilməsi üçün lazımi tədbirlər görmələri üçün müraciət edirəm”, həmsədr qeyd edib.

Xatırladaq ki, son zamanlar cəbhə xəttində gərginlik artan templə inkişaf edir. Artıq iriçaplı silahlarla atəşlər intensivləşməkdədir və tərəflərin itkiləri artır.

XS
SM
MD
LG