Accessibility links

İranda amerikalı jurnalistin məhkəməsi bazar ertəsinə təyin edilib


Washington Post qəzetinin müxbiri Ceyson Rezaiyan və həyat yoldaşı, jurnalist Yeganə Salehi
Washington Post qəzetinin müxbiri Ceyson Rezaiyan və həyat yoldaşı, jurnalist Yeganə Salehi

Washington Post qəzetinin İranda həbs edilmiş jurnalisti Ceyson Rezaiyanın casusluq ittihamları ilə məhkəməsində bazar ertəsi dinləmə keçiriləcək. Jurnalistin vəkili bildirib ki, belə görünür bu, bağlı qapı arxasında keçirilən məhkəmədə sonuncu dinləmə olacaq.

"Onlar mənə bunun sonuncu dinləmə olacağını deyib, amma mən 100 faiz əmin ola bilmirəm, çünki həmişə gözlənilməz nəsə ola bilər"-deyə Fransa xəbər agentliyinə müsahibə verən Leyla Əhsən bildirib.

39 yaşlı həm Amerika, həm İran vətəndaşı olan Rezaiyan həbsinə qədər Tehranda Washington Post qəzetinin müxbiri kimi çalışıb. Jurnalist İran paytaxtında bir ildən artıqdır həbsxanadadır.

Leyla Əhsənin məhkəmənin iclasının onun Rezaiyanın müdafiəsi üzərində qurulacağını deyib. Vəkil müdafiə strategiyasının detallarını açıqlamayıb, lakin bildirib ki, İranda yeni cinayət məcəlləsinə əsasən o, iyulun 22-də həbsinin ildönümü azad edilməli idi.

Ceyson Rezaiyan, onun əhyat yoldaş Yeganə Salehi və iki foto-jurnalist 2014-cü il iyulun 22-də Tehranda həbs edilmişdilər. Rezaiyandan başqa qalan üç nəfər sonradan azad edilmişdi.

Birləşmiş Ərəb Əmirliklərinin paytaxrı Əbu Dabidə qəzet müxbiri kimi çalışan Salehinin İranı tərk etməsinə qadağa qoyulduğu haqda məlumat verilib.

Ceyson Rezaiyanın ailəsinin bildirdiyinə görə, jurnalistin səhhətində problemlər yaranıb və o, yüksək qan təzyiqindən müalicə olunmaldır.

XS
SM
MD
LG