Accessibility links

Azərbaycana minatəmizləmə itlərinin alınması üçün Vaşinqtonda xeyriyyə konserti keçiriləcək


Mayın 3-də ABŞ-Azərbaycan Ticarət Palatası Vaşinqtonda Kennedi Mərkəzinin Terras Teatrında Azərbaycana minaaxtaran itlərin alınması məqsədi ilə "The Voice of Orchid" (Orxidey və ya Səhləb Səsi) adlı xeyriyyə konserti təşkil edəcək.

Bu barədə Kennedi Mərkəzi məlumat yayıb.

Məlumatda deyilir ki, xeyriyyə konsertində Bakı Kamera Orkestrinin tanınmış musiqiçiləri çıxış edəcək.

“Bu istedadlı musiqiçilər və müğənnilər müasir Azərbaycan musiqisinin məşhurlarıdır. Müasir üslubda ənənəvi Azərbaycan klassik musiqisindən ibarət olacaq konsert zamanı toplanan bütün vəsait Azərbaycanda minaları təmizləmək üçün minaaxtaran itlərin alınmasının maliyyələşdirilməsinə yönəldiləcək,” xəbərdə qeyd edilir.

Marşal İrsi İnstitutu bildirir ki, Azərbaycanın qərb bölgələrində ərazilərin minalarla kütləvi şəkildə çirklənməsi insanların evlərinə qayıtması üçün böyük təhlükə yaradır.

“Minalar torpaqları təhlükəsiz və məhsuldar şəkildə bərpa etmək və istifadə etmək üçün çalışan icmalar üçün ölümcül təhlükələr yaradır. Marşal İrsi İnstitutu (The Marshall Legacy Institute) 2005-ci ildən Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ilə əməkdaşlıq edir və 30 milyon kvadratmetrə yaxın əvvəllər çirklənmiş ərazinin axtarışına və geri qaytarılmasına kömək edən 40 xilasedici minaaxtaran it bağışlayıb,” məlumatda qeyd edilir.

Rəsmi məlumatlara görə, Ermənistan və Azərbaycan arasında 30 illik münaqişədə döyüş əməliyyatlarının dayandırılması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı 2020-ci il 10 noyabr tarixli bəyanatdan sonra həmin ərazilərdə minaya düşmələri nəticəsində 25 mülki şəxs, 7 hərbi qulluqçu həlak olub, 98 hərbi qulluqçu, 45 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Rəsmi statistikaya görə, ümumilikdə 2020-ci il də daxil olmaqla, Azərbaycanda 2 439 nəfər müharibənin təhlükəli partlayıcı qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2 058 nəfər yaralanıb.

Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.

Ekspertlərin qənaətincə, Azərbaycanın azad edilmiş ərazilərində yüz minlərlə mina var. Ekspertlər hesab edir ki, Azərbaycan ərazilərində minatəmizləmə işləri illərlə davam edəcək.

Amerika Birləşmiş Ştatları 2021-ci ilin noyabrında Ermənistan-Azərbaycan münaqişəsində zərər cəkmiş ərazilərdə humanitar minətəmizləmə əməliyyatlarının həyata keçirilməsi üçün 500 min ABŞ dolları məbləğində yardım ayırdığını da elan edib.

Ümumilikdə Birləşmiş Ştatlar dünyada adi silahların məhvi sahəsində ən çox maliyyə yardımı ayıran dövlətdir. ABŞ 1993-cü ildən bəri beynəlxalq sülhün və təhlükəsizliyin inkişafı üçün 100-dən çox dövlətə 4 milyard dollardan artıq vəsait ayırıb. Bu vəsait mina və partlamamış sursatların mülki əhaliyə yaratdıqları təhlükələrin aradan qaldırılmasında istifadə olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG