Accessibility links

Fransada girov böhranı sona çatdı [Fotoqalereya]


İki gün əvvəl "Charlie Hebdo" satirik jurnalın Paris redaksiyasında 12 nəfəri qətlə yetirənlərin öldürüldüyü bildirilir. Onların girov saxladığı şəxs xilas edilib.

5 nəfərin girov saxlandığı Koşer supermarketinə hücum edilib.Girovdar və 4 nəfər atışma zamanı həlak olub.

Supermarketdə insanları girov götürən şəxsin 32 yaşlı Amerdi Kulabali və onun qadın polis zabitini öldürən şəxs olduğundan şübhələnilirdi. Kulabalinin Kuaçi qardaşları ilə əlaqəsi olduğu deyilir.

Şərif və Səid Kuaçi qardaşları polislə müzakirələr zamanı şəhid kimi ölməyə hazır olduqlarını deyib.

Jurnalın redaksiyasına hücumla bağlı 9 nəfər sorğu-suala çəkilir.

Dünən parislilər ifadə azadlığının rəmzi kimi əllərində qələm bir dəqiqəlik sükutla öldürülənləri yad edib.

BMT-nin Təhlükəsizlik Şurasında da bir dəqiqəlik süküt elan edilib.

ABŞ prezidenti Barak Obama Fransanın Vaşinqtondakı səfirliyində başsağlığı imzası atıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG