Accessibility links

Şimali Karolina ştatının Şarlott şəhərində komendant saatını ləğv edib


Şimali Karolina ştatının Şarlott şəhərində liderlər ötən həftə polisin qaradərili bir nəfəri güllələməsi ilə vüsət alan nümayişlərdən sonra tətbiq edilmiş kommendant saatını ləğv edib.

Bazar günü bir qrup nümayişçi Milli Futbol Liqasının Karolina Panteraları komandasının oynadığı futbol stadionu yaxınlığında yürüş keçirib.

“Polislə ictimayyət arasında şəffaflıq və inam olmalıdır. Biz polislə ictimaiyyət arasında yaranmış inamsızlığı aradan qaldırmaq üçün buradayıq” - deyə Şarlott nümayişçisi Lorenzo Mark bildirib.

Şənbə günü ABŞ-ın Şimali Karolina ştatının Şarlott şəhərinin mənzil kompleksi qarşısında polislə 43 yaşlı Keit Lamont Skot arasında yaşanan silahlı qarşıdurmanın videosu yayılıb.

Videolardan birində görünür ki, Skot öz avtomobilindən çıxaraq sol tərəfə dönür və təxminən 3 saniyə orada dayanandan sonra polis ona atəş açır və o, yerə yıxılır.

Videoda polis ona maşını tərk etmək göstərişi verən zaman onun əlində odlu silah olduğu görünmür.

Ötən çərşənbə günü hadisə ilə bağlı keçirilən nümayişlər zorakılıqla nəticələnib.

Mağazaların şüşələri sındırılıb, iğtışaş polisi ilə nümayişçilər arasında qarşıdurma yaşanıb. Polis nümayişin qarşısını almaq üçün kütləyə gözyaşardıcı qaz atıb.

26 yaşlı bir nəfər kütlədə olan digər bir şəxs tərəfindən güllələnərək ağır yaralanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG