Accessibility links

Venesuela prezidentinin vəfatına dünya liderlərinin reaksiyası


Venesuela prezidentinin vəfatı dünya ölkələrinin liderləri tərəfindən kədərlə qarşılanıb.

Uqo Çavesin yaxın müttəfiqlərindən olan Boliviya prezidenti Evo Morales göz yaşları içərisində bildirib ki, Çaves azadlıq uğrunda mübarizə aparan xalqlara həmişə nümunə olacaq. O, Venesuela liderinin həyatda olduğundan daha sağ olduğunu bildirib.

Kubada ikigünlük matəm elan edilib, bayraqlar yarıya endirilib. Kuba hökumətinin bəyanatında bildirilir ki, Kuba xalqı Çavesi ləyaqətli oğlullarından biri hesab edir.

Argentina prezidenti Kristina Fernandez ölkədə 3 günlük matəm elan edib. O, Çavesin dəfn mərasimində iştirak etmək üçün Venesuelaya getməlidir.

Nikaraqua prezidenti Daniel Orteqa Çaves irsini davam etdrəcəyinə vəd verib.

İranın dövlət başçısı Mahmud Əhmədinejad Venesuela xalqına başsağlığı verərək, çümə günü keçiriləcək dəfn mərasiminə qatılacağını bəyan edib.

BMT-nin baş katibi Ban Gi Mun da Venesuela xalqına başsağlığı verib.

Çavesi tez-tez tənqid edən Obama administrasiyası Venesuela xalqını dəstəklədiyini və Venesuela hökuməti ilə konstruktiv əlaqələrin qurulmasında maraqlı olduğunu bildirib.

Florida ştatının Mayami şəhərində yaşayan Venesuela icması isə Çavesin vəfatını sevinclə qarşılayıb. Çaves hakimiyyəti dövründə vətənlərindən qaçqın düşən bu insanların bəzisi onun miras qoyduğu cinayət, korrupsiya və yoxsul iqtisadiyyat kimi problemlərin nəhayət həll ediləcəyinə inandıqlarını bildiriblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG