Accessibility links

Venesuelada Çavez tərəfdarları yas saxlayır


Uzun müddətdir xərçəng xəstəliyindən əzab çəkən və bu səbəbdən çərşənbə axşamı dünyasını dəyişən 58 yaşlı Venesuela prezidenti Uqo Çavezin cənazəsi bu gün Karakas küçələrindən keçirilərək, Hərbi Akademiyaya aparılacaq.

Venesuela prezidentinin dəfn mərasiminin cümə günü keçiriləcəyi deyilsə də, rəsmilər onun harada dəfn edilməsi barədə məlumat verməyiblər.

Venesuelanın xarici işlər naziri Elias Haua dövləti 14 il idarə edən sosialist lider üçün bir həftə yas elan edib.
XS
SM
MD
LG