Accessibility links

Çavuşoğlu İsveç və Finlandiyaya çağırış edib


Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə İsveç və Finlandiyanın Ankaranın NATO-ya üzvlüklə bağlı etirazlarını aradan qaldırmaq üçün konkret addımlar atmasını və terrorçu qruplara dəstəyi dayandırmasını gözləyir.

Çavuşoğlu bunu İstanbulda Prezident Ofisində keçirilən Türkiyə-Rumıniya-Polşa Xarici İşlər Nazirlərinin üçtərəfli görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.

İyun ayında İspaniyanın paytaxtı Madriddə keçiriləcək NATO sammitində strateji konsepsiya da daxil olmaqla mühüm məsələlərin müzakirə ediləcəyini deyən Çavuşoğlu, iki xarici işlər naziri ilə sammitdən gözləntiləri müzakirə etdiklərini qeyd edib.

Anadolu Ajansı’nın haberine göre Çavuşoğlu, "Stratejik konsept sadece bugünü dikkate almamalı. İttifakın geleceğine yön veren, uzun soluklu ve vizyoner bir belge olmalı. Tüm bu konuları iki hafta önce Berlin'deki NATO Dışişleri Bakanları toplantısında da ele almıştık. Bugün müzakerelerde gelinen aşamayı da birlikte değerlendirdik. Terörizm, NATO'ya ve müttefiklere yönelik en önemli asimetrik tehdittir. Terörün her türüyle mücadele edilmesine yönelik kararlılık yeni stratejik konseptte yer almalıdır. Bu konudaki hassasiyetimizi Berlin'de de tüm müttefiklerimizle paylaştık. Bugün de bu konuyu arkadaşlarımızla beraber değerlendirdik" dedi.

"Strateji konsepsiyada yalnız indiki məqam nəzərə alınmamalıdır. Bu, ittifaqın gələcəyini formalaşdıracaq uzunmüddətli və uzaqgörən bir sənəd olmalıdır. Bütün bu məsələləri nazirlərin iki həftə əvvəl Berlində görüşü zamanı NATO Xarici İşlər Nazirləri toplantısında müzakirə etdik. Bu gün danışıqlar mərhələsinə gəlib çatmışıq: "Terror NATO və onun müttəfiqləri üçün ən mühüm asimmetrik təhlükədir. Terrorun bütün formalarına qarşı mübarizə əzmi yeni strateji konsepsiyaya daxil edilməlidir. Biz bu mövzuda həssaslığımızı Berlindəki bütün müttəfiqlərimizlə paylaşdıq. Bu gün dostlarımızla birlikdə bu məsələni müzakirə etdik" – deyə, Çavuşoğlu bildirib. Bu barədə "Anadolu" agentliyi məlumat verib.

İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətləri qarşısında Türkiyənin qətiyyətini təkrarlayan Çavuşoğlu, "Bu mövzuda mesajlarımızı çox açıq və aydın şəkildə çatdırdıq. Hər iki ölkənin terror təşkilatları ilə mübarizədə konkret addımlar atması lazımdır" sözlərini işlədib.

"Bu cür qərarlar dost və müttəfiqlərə qarşı verilə bilməz. Təəssüf ki, NATO daxilində belə ölkələr də var. Bunlar düşmənlərə qarşı verilən qərarlardır ki, hər bir düşmənə qarşı da belə qərar qəbul edilmir" – deyə, Çavuşoğlu Türkiyəyə qarşı müdafiə sənayesinə qoyulan məhdudiyyətlərə də son qoyulması lazım olduğunu bildirib.

XS
SM
MD
LG