Rusiyanın Çeçenistan regionun lideri Ramzan Kadırov sentyabrın 3-də Telegramda vəzifəsinə “müddətsiz və uzun” ara verməyə layiq olduğunu deyib. Bu da onun ya ciddi olaraq vəzifədən getməyə hazır olduğuna ya da Kremldən hər hansı gözləntisinin olduğuna dair spekulyasiyalara səbəb olub.
45 yaşlı Kadırov 2007-ci ildən bəri Çeçenistanı dəmir yumruqla idarə edir və bir Rusiya Rusiya regionunun ən uzun müddət hakimiyyətdə olan lideridir.
“Mən artıq uzun müddətdir vəzifədə qaldığımı dərk etdim” - deyə, o video çıxışında bildirib. "Məncə artıq [vəzifədən] getmək zamanım gəlib."
Rusiyanın ən güclü fiqurlarından biri olan Kadırovun istefaya getdiyi halda daha sonra nə edəcəyi bəlli deyil.
Kadırovun Rusiya Prezidenti Vladimir Putinlə yaxın münasibətləri var və onunla tez-tez görüşlər keçirir. İki lider ən sonra avqustun 5-də Soçidə görüşüb.
Kadırov əvvəl də bənzər fikirlər səsləndirib, ancaq vəzifədə qalmağa davam edib ki, bu da onun bu gözlənilməz açıqlamasının oyun olub-olmadığına dair suallar yaradıb.
“Mən skeptik yanaşıram. O, keçmişdə də bənzər şeylər deyib,” Qafqaz üzrə ekspert və Estoniyada yerləşən Cohan Skit Siyasi Elmlər İnstitutunun doktorantı İvan Klys deyib.
“Bu cür açıqlamalar adətən o, Putindən nə isə, ən azından ictimai dəstək gözlədiyində olur.”
Lakin təhlilçilər deyir ki, açıqlamanın Avropada İkinci Dünya Müharibəsindən bəri baş verən ən böyük müharibə zamanına təsadüf etməsi qeyri-adidir.
Kadırov Rusiyanın Ukraynadakı müharibəsinin təbliğində mühüm rol oynayıb və Rusiya qoşunları ilə yanaşı vuruşmaq üçün döyüşçülər cəlb edib.
Riddle Russia adlı analitik platformasının redaktoru Anton Barbaşin Kadırovun açıqlamasının zamanlamasını “qəribə” adlandırıb.
Kadırovun açıqlması “Rusiyada mövcud ümumi ab-havanın əleyhinədir. Bütün sistemin mesajı [Ukraynadakı müharibə] səbəbilə “yerində qal”maqdır,” Barbaşin Twitter-də bildirib.
“Əgər Kadırovun söylədiyi doğrudursa və o, könüllü şəkildə istefa edirsə, bu misilsiz bir şey olacaq. Sözün əsl mənasında heç kimin gözləmədiyi bir şey,” o bildirib.
Kadırovun hakimiyyəti altında region homoseksual olmaqda şübhəli bilinən insanlara qarşı hüquq pozuntuladaxil olmaqla, kütləvi insan hüquqları pozulmasında ittiham olunub. O, Avropada yaşayan opponentlərinin siyasi qətllərinə sifariş verməkdə ittiham olunub.
Kreml əsgəri qüvvə problemi ilə üzləşdiyi bir vaxt Kadırov Ukraynadakı müharibəyə döyüşçülərin cəlb olunmasına kömək edib, və bu da, mümkünür, ona müəyyən təsir gücü verib.
Kadırovun mart ayında Ukraynaya səfər etdiyi deyilir
Həmin zaman Çeçenistanda Kadırov administrasiyasının nəzarət etdiyi televiziya kanalı martın 13-də Telegram kanalına video yerləşdirərək, Kadırovun Ukraynada olduğunu bildirmişdi, ancaq onun harada olduğunu və ya videonun nə zaman çəkildiyini dəqiq paylaşmamışdı.
Həmin iddia dərhal müstəqil şəkildə təsdiq olunmamışdı.