Accessibility links

Ramzan Kadırov Ukrayna şəhərlərinin "yer üzündən silinməsinə" çağırıb


Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Rusiya ordusunun Rusiya ərazisi hesab etdiyi ərazilərin atəşə tutulmasına cavabını "zəif" adlandırıb və Ukrayna şəhərlərinin yer üzündən silinməsinə çağırıb. O, bunları özünün Telegram kanalında uzun mesajında deyib.

"Zəif cavab veririk. Əgər mərmi bizim tərəfə, bizim regionumuza gəlibsə, o zaman şəhərlər yerlə-yeksan edilməlidir ki, uzaq üfüqləri görə bilək və onlar anlamalıdırlar ki, bizim istiqamətimizə atəş açmağı belə ağıllarına gətirə bilməzlər. Əgər biz hər hansı qərar qəbul edəndə, sabah nə baş verəcəyinə baxmaq lazım deyil," Kadırov bildirib.

O, həmçinin bir neçə dəfə təkidlə deyib ki, Rusiya qoşunlarının Ukraynaya genişmiqyaslı müdaxiləsi Roskomnadzorun tələb etdiyi kimi, "xüsusi əməliyyat" deyil, müharibə adlandırılmalıdır, çünki döyüşlər artıq "bizim torpaqlarda" gedir.

Kadırov Şimali Qafqaz xalqları arasında könüllülərin kifayət qədər olmamasını da qəzəblə qarşılayıb. Onun sözlərinə görə, qafqazlılar hərbi komissarlıqda növbəyə durmalıdır, çünki "bu, ən çox bizi narahat edir". O deyib ki, 1,6 milyon çeçendən 300-400 mini cəbhəyə getməlidir.

Kadırov mövcud vəziyyətdən çox narazı olduğunu desə də, lakin onun fikrincə, vəziyyət "bundan daha pis" olmayacaq. "Avropanın gücü yoxdur, onlar bizimlə döyüşə LGBT üzvlərini göndərəcəklər?" - deyə, əlavə edib.

Bundan əvvəl Ramzan Kadırov deyib ki, onun yetkinlik yaşına çatmayan oğulları - 16 yaşlı Axmat, 15 yaşlı Zelimxan və 14 yaşlı Adəm Ukraynada genişmiqyaslı müharibədə iştirak edir. Çeçenistan rəhbərinin sözlərinə görə, onlar orada fəal şəkildə "İçkeriya batalyonlarının üzvlərini axtarıb, eyni zamanda, Çeçenistan təhlükəsizlik qüvvələrinin yerləşdiyi və öndəki mövqelərini ziyarət edib".

XS
SM
MD
LG