Çəki itirilməsi üçün cərahiyyə əməliyyatı ABŞ-da 10 il əvvəl populyarlıq qazanıb. Bu əməliyyat ağıq çəkili insanların arıqlamasına yardım etməklə yanaşı, onların bədənləri və sağlamlıqlarına nəzarəti də təmin edir. Bəzi diabet xəstələrinin bu əməliyyatdan sonra şəkərləri normal səviyyəyə enir.
Lakin bu əməliyyatın təhlükəsizliyi sual doğurur. İnsanların bəzisində əməliyyatdan sonra həyati təhlükəsi olan infeksiyalar və qan damarlarında tıxaclar yaranıb. Bir vaxtlar əməliyyatlar “mükəmməl mərkəzlər” adlandırılan xüsusi xəstəxanalarda edilirdi. Xəstəxanaların kvalifikasiyasını cərrah qrupları müəyyən edirdi. Son araşdırmalar əməliyyatın bu və ya digər xəstəxanalarda aparılmasının fərqini müyyən edib. Tədqiqiatın rəhbəri, Miçiqan universistetinin alimi doktor Castin Dimik:“Əməliyyatları müqayisə etdikdə heç bir fərq aşkar etmədik. “Mükəmməl mərkəzlər”in işi heç nə ilə fərqlənmir.”
Dr.Dimik əməliyyatların fərqinin araşdırmalardan əvvəl məlum olduğunu deyir. Belə ki, cərrahlar internatura zamanı bariatrik prosedurlardan dəyərli təcrübə əldə edir.
Texnikanın inkişaf etdirilməsi ilə alimlər 2-ci tip diabetin qastrik əməliyyatla aradan qaldırıldığını müəyyən edib. Klivland xəstəxanasının həkimi Sanqita Kaşop bu araşdırmalar rəhbərlik edir.
“Biz əməliyyatın mədəaltı vəzin funksiyasını necə bərpa etdiyini öyrəndik.”
Alimlər xəstələrin 40 faizində çəkilərini itirməzdən əvvəl belə mədəaltı vəzin funksiyasının bərpa edildiyini müəyyən ediblər. Doktor Kaşopun dediyinə görə, əməliyyat həzm sistemini gücləndirir. “Bağırsağın kəsilməsi bədənin normal metabolizmini bərpa edir. “
Çəki itirlməsi hər bir xəstənin xeyrinədir. Alimləri isə nəyə görə diabet xəstələrinin bəzilərinin sağladığı düşündürür. Onlar gələcəkdə əməliyyatın kimin üçün müsbət nəticələnəcəyini və bu prosedurun bütün xəstələrə yardım etməsinin yollarını araşdırır.