Accessibility links

Azərbaycan futbol çempionatının oyunları təxirə salındı


Dünyada və ölkəmizdə yayılan koronavirus təhlükəsi səbəbi ilə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev I Divizionun XX, Premyer Liqanın XXI, XXII turlarının təxirə salınması haqqında əmr imzalayıb. 10 mart 2020 tarixli əmrdə PFL prezidenti Ramin Musayev növbəti iki turun oyunlarının azarkeşlərsiz keçirilməsi haqda əmr imzalamışdı. Bu gün isə o, yeni əmr imzalayıb. Əmrdə deyilir:

Son günlər koronavirus pandemiyasının dünyada geniş yayılması, Avropa ölkələrinin əksəriyyətinin məlum təhlükə ilə bağlı futbol çempionatlarını təxirə salmağı, həmçinin ölkəmizdə virusa qarşı aparılan mübarizəni, eləcə də idman qurğularının fəaliyyətini müvəqqəti dayandırmasını və aparılan son müzakirələri rəhbər tutaraq ​əmr edirəm: I Divizionun XX, Premyer Liqanın XXI, XXII turları təxirə salınsın.

Bakı şəhəri, 13 mart 2020-ci il
PFL-in prezidenti Ramin Musayev

XS
SM
MD
LG