Accessibility links

ABŞ-da "doğum turizmi" hədəf alınıb


ABŞ-ın federal agentləri Kaliforniya ştatında uşaqlarının Amerika vətəndaşı kimi dünyaya gəlməsini istəyən çinli hamilə qadınların qaldığı "doğum turizmi" mərkəzlərində reydlər keçirib.

Rəsmilər reydlər zamanı "analıq mehmanxanaları" adlanan yerlərdə axtarış keçirib. Rəsmilərin sözlərinə görə azı bir yaşayış komlpeksində qalan qadınlar yaşayış, səyahət və digər xidmətlərə görə 50 min dollara qədər pul verdiklərini deyib.

Reydlər zamanı həbs edilən olmayıb. Lakin ABŞ-ın Mühacirət və Gömrük Nəzarəti agentliyi təhqiqatçıların viza və vergi fırıldaqçılığı kimi mümkün cinayətlərə dair sübutlar axtardığını bildirib.

Təhqiqatçılar deyib ki, "doğum turizmi" biznesi müştərilərə Çinə qayıtmazdan əvvəl yeni anadan olan uşaqlar üçün Sosial Təminat və ABŞ pasportu almağı vəd edir. 21 yaşına çatdıqda onlar xaricdə yaşayan ailə üzvlərinə viza almaq üçün müraciət edə biləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG