Accessibility links

Gələcəkdə valideynlər DNT profilinə əsasən özlərinə uşaq seçə biləcək [Video]


Gələcəkdə valideynlər DNT profilinə əsasən özlərinə uşaq seçə biləcək
please wait

No media source currently available

0:00 0:02:15 0:00

Alimlər və etiklərin dediyinə görə, gələcək uşaqların tərbiyəsində böyük dəyişikliklər ola bilər. Belə ki, biotibbi inkişaflar sayəsində valideynlər DNT profilinə əsasən yüzlərlə embrion arasından özlərinə uşaq seçə bilər.

Hamiləlik əsasən laboratoriyada, belə başlayır – texniki bir embrion yaratmaq üçün toxum sperma ilə yumurta petri adlı qaba yerləşdirilir. USLA Elmi-Tədqiqat Institutundan Amander Klark: “Birləşmiş Ştatlarda reproduktiv yaşda olan cütlüklərin təxminən 10 faizi hamilə qalmaq, ya da hamiləliyi bütün müddət keçirməkdə çətinlik çəkir və biz bunun səbəbini bilmirik.”

Dünya boyu sonsuzluğun sayı artdığına görə, Amander Klark kimi tədqiqatçılar bunun qarşısını almaq üçün reproduktiv texnologiyalar sahəsində yeni yollar axtarır. Los-Ancelesdəki Kaliforniya universitetinin alimləri sperma ilə mayalanma üçün insan dərisi nümunələrini yumurtaya çevirməyə çalışır. "Gmetogenesis" və ya "Vitro" - IVG adlanan bu proses bu günə qədər yalnız sıçanlar üzərində aparılıb. “Bu texnologoya təhlükəsiz və effektiv olduğunu sübut etdiyi təqdirdə bəlkə də bundan bəzi hallarda sonsuzluğun qarşısını almaq üçün istifadə edilə bilər” deyə, Amander Klark bildirir.

Bu yalnız sonsuzluq probleminin həlli deyil, həm də yumurtanın alınması üçün qadınların hazırkı prosedurdan daha yüngül tibbi prosedura keçməsinə gətirib çıxara bilər. Stanford universitetinin professoru Henri Geili: “Onlar birlikdə xəstəxanaya gedəcək, təhlil üçün kişi spermasını, qadın isə yumurtası yerinə dərisindən kiçik bir parça verəcək. Dəri toxumaları çox sayda yumurtaya çevriləcək və rüşeym alınması üçün sperma ilə birləşdiriləcək.”

Bu isə nəzəri baxımdan o deməkdir ki, valideynlər genetik təhlil əsasında uşaq üçün rüşeymi özləri seçə bilər. Lakin hər valideynin bundan istifadə edə biləcəyi gözlənilmir. Stanford universitetindən araşdırmaçı alim Luan Hadgins: "Kaliforniyada imkan daxilində problemi az olan uşaq istəyən insanlar var. Amma burada çox uşağı olan və hər şey Allahın əlindədir deyən çox sayda adam da var."

Lakin insanlar üzərində İVG testlərinin təhlükəsizliyi problemlinin həllindən öncə valideynlərin öz övladlarını əvvəlcədən seçmək imkanının etik tərəfi ilə bağlı diskussiyalar aparılmalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG