Accessibility links

Çilidə 9 namizədin iştirakı ilə prezident seçkiləri keçirilir


Bu gün Çilidə 9 namizədin iştirakı ilə prezident seçkiləri keçirilir. Mərkəz solçu namizəd Mişel Başele dəstək baxımından ön sırada yer alır.

2006-2010-cu illərdə ilk qadın prezident kimi Çİliyə rəhbərlik etmiş Başelenin namizədliyi sosialistlər, xristian demokratlar və kommunistlərdən ibarət Yeni Əksəriyyət koalisiyası tərəfindən irəli sürülüb.

Seçkiqabağı kampaniyaları zamanı o, məvacib boşluqlarının doldurulacağı və diktator Avqusto Pinoşet dövrünün konstitusiyasının nəzərdən keçiriləcəyinə vəd verib.

Namizədin qələbəsi səslərin yarıdan çoxunu tələb edir. Əks təqdirdə iki qabaqcıl namizəd arasında dekabr ayının 15-də təkrar seçkilər keçiriləcək.
XS
SM
MD
LG