Accessibility links

Şimali Koreya lideri daha çox nüvə sınaqlarının keçirilməsinə göstəriş verib


Şimali Koreya lideri Kim Conq Un ballistik raketin sınaqdan keçirilməsini izlədikdən sonra daha çox sınaqlar keçirərək ölkənin nüvə hücumu keçirmək qabiliyyətini təkmilləşdirməsini əmr edib, deyə cümə günü KNCA xəbər agentliyinin rəsmisi bildirib.

Dəyərli yoldaş Kim Conq Un nüvə hücumu keçirmək qabiliyyətinin gücləndirilməsi yönüdə işlərin aparılmalı olduğunu deyib

Hesabatda sınağın nə zaman keçirildiyi qeyd edilməsə də, onların Şimali Koreyanın cümə axşamı qısa-mənzilli raket sınaqlarına istinad etdiyi güman edilir. Raketlər 500 km uçduqdan sonra dənizə düşüb.

“Dəyərli yoldaş Kim Conq Un nüvə hücumu keçirmək qabiliyyətinin gücləndirilməsi yönüdə işlərin aparılmalı olduğunu deyib və yeni nüvə döyüş başlıqlarını yoxlamaq üçün nüvə partlayışı sınaqlarının davam etməsini əmr edib,” deyə KNCA bildirib.

Dövlət mediası bildirib ki, bu həftə Şimali Koreya lideri döyüş başlıqlarının balistik raketlərə yerləşdirilə bilməsi üçün onların balacaşdırıldığını deyib.

Şimali Koreya yanvar ayında dördüncü nüvə sınağını, ötən ay isə uzun mənzilli raketini həyata keçirəndən sonra Koreya yarımadasında

gərginlik artıb və bu, BMT Təhlükəsizlik Şurasının yeni sanksiyalar qətnaməsi qəbul etməsinə səbəb olub.

Bundan sonra Şimali Koreya daha nüvə sınaqları həyata keçirsə, BMT sanksiyalarını pozmuş olacaq. Bu sanksiyalar qətnaməsi həmçinin balistik raket sınaqlarını da qadağan etsə də, Pxenyan bunu rədd edir.

BMT Baş Katibi Ban Ki-mun Pxenyanı “qeyri-sabitləşdirici əməlləri dayandırmağa” çağırıb və vəziyyətə görə “artıq dərəcədə narahat olduğunu” da əlavə edib.

XS
SM
MD
LG