Accessibility links

Çin G-7-nin insan haqları vəziyyətini tənqid edən bəyanatını qınayıb


Çin G-7 zirvəsinin sonunda Pekini insan haqları ilə əlaqədar tənqid edən bəyanatı pisləyib.

1997-ci ildə maliyyə mərkəzinin Britaniyadan Çinə ötürülməsinə dair razılaşmaya istinadən “Böyük Yeddilik” bəyanatında Çini "Çin-Britaniya Birgə Bəyannaməsində təsbit edilmiş xüsusilə, Sincanda insan hüquqları və təməl azadlıqlarına, eyni zamanda bu hüquqlara, azadlıqlara və yüksək səviyyədə Honq Konq muxtariyyətinə hörmət göstərməyə" çağırır.

Pekin Sincanda bir milyondan çox uyğurun həbs düşərgələrində saxlanması, geniş hökumət nəzarəti və məcburi doğum nəzarəti də daxil olmaqla, insan haqları sahəsində ciddi pozuntulara yol verməkdə günahlandırılır.

Londondakı Çin səfirliyi G-7 liderlərini onların daxili işlərinə müdaxilə etməkdə günahlandıran açıqlama yayıb və Reuters agentliyinə görə, “Çinə tətbiq olunan hər cür haqsızlığa və pozuntuya qarşı qətiyyətlə mübarizə aparacağına” söz verib.

Bəyanatda həmçinin Çinin mərkəzi Uhan şəhərində ilk dəfə 2019-cu ilin sonunda aşkarlanan COVID-19 pandemiyasının mənşəyi ilə bağlı istintaqın G-7-nin mütəxəssis rəhbərliyi altında və elmi əsaslı “Ümumdünya Səhiyyə Təşkilatının “vaxtında və şəffaf” ikinci araşdırması tələbinə cavabın “siyasiləşdirməməsinin” vacibliyi vurğulanır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG