Accessibility links

Çin hakerlərinin ABŞ donanması kompüterlərindən həssas məlumatlar ələ keçirdiyi bildirilir


Çin hökumətinin hakerləri ABŞ-ın hərbi dəniz qüvvələrinin kontraktorlarının kompüter sisteminə daxil olaraq, böyük sayda həssas məlumat oğurlayıb. Bu barədə Washington Post qəzeti yazıb.

Qəzet bildirib ki, anonimlik şərti altında danışan ABŞ rəsmilərindən alınan məlumatlara görə, bu hadisə yanvar və fevral aylarında baş verib.

Məqalədə deyilir ki, oğurlanan məlumat 614 qiqabayt həcmində olub və 2020-ci ilə qədər ABŞ-ın sualtı qayıqlarının istifadəsi üçün nəzərdə tutulan gəmi əleyhinə supersonik raketlərin inkişaf ilə bağlı məxfi planları da əhatə edib.

Oğurlanan məlumatlar arasında sualtı qayıqların kriptoqrafik sistemlərinə aid siqnal və sensor informasiyası, o cümlədən donanmanın döyüş kitabxanası da olub. Washington Post qəzeti əlavə edir ki, yüzlərlə mexaniki və proqram sistemlərilə bağlı məlumatlar hakerlərin əlinə keçib.

ABŞ hərbi dəniz qüvvələri Federal Təhqiqatlar Bürosu ilə bərabər araşdırmalar keçirir. Təhqiqatçılar qəzetə bildiriblər ki, haker hücumu Çinin Dövlət Təhlükəsizliyi Naziliyi və casus agentliyi tərəfindən keçirilib.

ABŞ rəsmiləri bildirirlər ki, Çin illər ərazində ABŞ ordusu, hökuməti və özəl şirkətlərə qarşı haker hücumları keçirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken və Lavrov Ukrayna gərginliyi ilə əlaqədar görüş keçirib
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG