Accessibility links

Çinin kiber hücumları davam etdirdiyi iddia edilir


ABŞ şirkətlərinin kompüterlərinə yeddi dəfə haker hücumu olub

ABŞ-da fəaliyyət göstərən kiber təhlükəsizlilk şirkəti CrowdStrike bildirir ki, çinli hakerlər ABŞ texnologiya və dərman şirkətlərinin məlumatlarına daxil olaraq, onların ticari sirlərini oğurlamağa çalışıb. Bu hadisədən bir gün öncə isə Çin Vaşinqtonla bu cür halların qarşısını almaq üzərində razılıq əldə edib.

CrowdStrike-ın bildiridiyinə görə, razılıq əldə edildikdən sonrakı üç həftə ərzində ABŞ şirkətlərinin işlətdyini kompüterlərə hakerlər yeddi dəfə daxil olmağa çalışıb.

Çinin Xarici İşlər Nazirliyi bu iddiaları rədd edir və Pekinin “hakerliyin hər bir formasının əleyhinə olduğunu, buna qarşı mübarizə apardığını bildirib.”

Xarici İşlər Nazirliyinin mətbuat katibi Hua Çunyiq kiber hücumların mənbəyini tapmağın çətin olduğunu desə də, ABŞ-ın kompüter təhlükəsizliyi şirkəti bu hakerlərin Çində fəaliyyət göstərən hakerlərlə eyni alət və üsullardan istifadə etdiyini iddia edir.

Şirkətlərin zaman, pul və əmək sərf etdikləri intellektual mülkiyyəti oğurlayaraq hakerlər bu şirkətlərə ziyan vurur.

Kiber təhlkəsizlik şirkəti FireEye deyir ki, bundan əlavə məxfi məlumatı qoruya bilmədikləri üçün şirkətlər cərimələndirilir və istehlakçıların bu şirkətlərə etibarı sarsılır.

XS
SM
MD
LG