Accessibility links

Çenqdu şəhərindəki ABŞ konsulluğunun işçiləri Çini tərk edir


Çinin Çenqdu şəhərindəki ABŞ konsulluğu ətrafında ciddi təhlükəsiziik tədbirləri görülüb. Bazar gün konsulluq işçiləri şəhəri tərk etməyə başlayıb.

Konsulluq kompleksinə 3 yük maşını daxil olarkən uniformalı və mülki geyimdəki polis qüvvələri sıraya düzülüb.

Çinin Global Times qəzetinin baş redaktoru tvit edərək, konsulluq işçilərinə şəhəri tərk etmələri üçün 72 saat verildiyini yazıb.

Çinin bu qərarı ABŞ-ın Texasın Hyuston şəhərində Çin konsulluğunu bağlamasının qisası hesab edilir.

Ötən çərşənbə günü Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus tərəfindən verilən açıqlamada konsulluğun bağlanması göstərişinin "Amerikanın intellektual gücünü və şəxsi məlumatlarını qorumaq üçün" verildiyi bildirilib.

Ortaqus deyib ki, ABŞ Çin Xalq Respublikasının suverenliyi pozmaq və Amerika xalqını qorxutmaq cəhdlərinə dözümsüzlük nümayiş etdirəcək. Amerikalıların işlərini itirməsi və digər qəbuledilməz əməllərinə görə ədalətsiz ticarət razılığını qəbul etməməsi kimi.

Prezident Donald Trampın ABŞ-da daha çox Çin konsulluqlarının bağlanacağına işarə etməsi fonunda Çin mediasında və Tvitter səhifələrində Pekinin ABŞ-ın Honq Konqdakı konsulluğunu bağlaması kimi "daha sərt zərbələrin vurulmasına" dair çağırışları var.

Amerikanın Səsinə müsahibə verən iki təhlilçinin fikrincə, konsulluqların bağlanması davam edərsə, ABŞ-Çin münasibətləri daha da pisləşəcək.

XS
SM
MD
LG