Accessibility links

ABŞ və Çin arasında ticarət müharibəsi vüsət alıb


ABŞ prezidentinin Çindən Birləşmiş Ştatlara idxal olunan 100 milyard dollarlıq məhsula rüsumların artırılacağını elan etməsindən sonra ölkələr arasında ticarət müharibəsi vüsət alıb.

Donald Tramp deyib ki, bu rüsum 50 milyard dollarlıq məhsula qoyulmuş 25 faizlik rüsuma əlavə oluna bilər.

ABŞ dövlət başçısı Çinin cavab addımına belə reaksiya verib.

Belə ki, Pekin də ABŞ-dan 50 milyard dollarlıq məhsula rüsum tətbiq etməklə hədələyib. Rüsumların əsasən kənd təsərrüfatı məhsulları və prezident seçkisində sakinlərinin əksəriyyəti Donald Trampa səs vermiş ştatları hədəfləyəcəyi gözlənilir.

Tramp əlavə rüsumların səbəbini Çinin “ədalətsiz cavabı” ilə izah edib. Ağ Evin bildirdiyinə görə, ilkin qərar faktların təhlili, həmçinin Çinin qərarının əsassızlığına söykənərək çıxarılıb.

Ağ Evin açıqlamasından sonra Amerika maliyyə bazarlarında səhmlər düşüb. Bundan sonra administrasiyanın bir neçə rəsmisi bildirib ki, rüsum təhdidi sadəcə Çin bazarlarının Amerika məhsullarına açılmasına dair danışıqlarda, Amerika intellektual mülkiyyətinin etibarlı mühafizəsində bir arqumentdir. Onların sözlərinə görə, danışıqlar uğurla keçərsə, rüsumlar qoyulmaz.

Ekspertlərin fikrincə, Pekinin cavabı və prezidentin Trampın ona reaksiyası iki ölkə arasında ticarət müharibəsi ehtimalını artırır. Aprelin 5-də Nyu York səhm birjasında fyuçerslər kəskin ucuzlaşıb.

Çin Trampın açıqlamasını cavabsız qoymayıb.

Çinin Ticarət Nazirliyi bildirib ki, Birləşmiş Ştatlar proteksionizm cığırı ilə yola davam etsə, Pekin “nəyin bahasına olursa-olsun”, yeni ticari tədbirlərə əl atacaq.

Nazirlik Çinin ticarət müharibəsi istəmədiyini, ancaq bundan qorxmur da. Qurum Birləşmiş Ştatları provokasiyada günahlandırıb.

Cümə günü Çində bayram olmasına baxmayaraq, nazirlik axşama media üçün brifinq elan edib.

XS
SM
MD
LG