Accessibility links

Çin ziyalının ömürlük həbs cəzasına məhkum edilməsinə dair tənqidləri rədd edib


Çin ziyalının separatizm hərəkatına görə ömürlük həbs cəzasına məhkum edilməsinə dair tənqidləri rədd edib. Dünya ictimaiyyəti iqtisadiyyat üzrə professor, uyğurların huquqları urğunda mübarizə aparan İlham Tohtinin həbsini qınayıb.

ABŞ, Avropa İttifaqı və bir sıra insan hüquqları təşkilatı Çini Tohtinin dərhal azad edilməsinə çağırıb.

Sinxua xəbər agentliyi çağırışları rədd edərək, professoru ekstremizmdə gühanladıraraq, tələbələrinin zorakı əməllərə əl atdığını bildirib.

Xəbər agentliyi Tohtinin tələbələrinə Çin hökumətinə qarşı mübarizəyə qalxamaq çağırışlarını göstərən video yayımlayıb.

Məlumatda naməlum şahidlərə istinadən deyilir ki, Tohti hökumətin bağladığı uyğur veb səhifəsində yayılan separatizmi təbliğ edən100-dən artıq məqalənin müəllifidir.

XS
SM
MD
LG