Accessibility links

Çin ABŞ-ı uyğur məhbusları Quantanamodan köçürdüyünə görə kəskin tənqid edib


Çin Birləşmiş Ştatları Quantanamo həbsxanasında saxlanılan üç uyğur məhbusu Slovakiyaya köçürdüyünə görə tənqid edib.

Çinin xarici işlər nazirliyinin sözçüsü Qin Qanq üç uyğurun təhlükə törətdiyini və həbsxanaya qaytarılmalı olduqlarını deyib.

Rəsmi Pekin onların Şərqi Türküstan İslam Hərəkatının üzvləri olduğunu və Çinin qərbindəki Sincan vilayətinin müstəqilliyi uğrunda mübarizə apardıqlarını bildirib.

Amerika Uyğur Assosiasiyasının nümayəndəsi Alim Seytoff Amerikanın Səsinə müsahibədə uyğurların köçürülməsini alqşlayıb və onların təhlükə törətmədiklərini bildirib.

Slovakiyaya göndərilmiş üç məhbus ABŞ-ın Kubada mübahisəli hərbi həbsxanasında saxlanılan 22 uyğur müsəlman arasında olub. ABŞ prezidenti Barak Obama Quantanamo məhbəsinin bağlanmasına söz verib.
XS
SM
MD
LG