Çin şənbə günü Tayvan yaxınlığında üç günlük hərbi təlimlərə başladığını bildirib. Bu addım Tayvan prezidentinin bu yaxınlarda Kaliforniyada ABŞ Nümayəndələr Palatasının spikeri Kevin MakKarti ilə görüşünə cavab tədbiri kimi görülür.
Çin ordusu bəyanatında bildirib ki, Tayvan ətrafındakı döyüşə hazırlıq patrulları və “Ortaq Qılınc” təlimləri planlaşdırıldığı kimi başlayıb və əlavə edib ki, bu, Tayvanın müstəqillik separatçı qüvvələrin və xarici qüvvələrin sui-qəsd və təxribatlarına “ciddi xəbərdarlıqdır.”
“Əməliyyatlar Çinin milli suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün lazımdır,” ordu deyib.
Tayvanın müdafiə nazirliyi şənbə günü bildirib ki, ada ətrafında Çinin səkkiz hərbi gəmisi və 42 döyüş təyyarələri aşkar edilib və ora göndərilən gəmilərin bəziləri adanı materikdən ayıran boğazın orta xəttini keçib.
Tayvan Prezidenti Tsai İnq-ven təlimləri qınayıb və deyib ki, ada Çininin “davamlı avtoritar ekspansionizmi” üzləşdiyi bir vaxt, Tayvan Birləşmiş Ştatlar və başqa demokratiyalarla işləməyə davam edəcək.
Çin iddia edir ki, Tayvan ərazisinin bir hissəsidir, ancaq Tayvan müstəqil olduğunu iddia edir.
Birləşmiş Ştatların “Tək Çin” siyasəri Pekinin Tayvanı Çinin bir hissəsi hesab etdiyini qəbul edir. ABŞ Tayvanın statusunun həll edilməmiş olduğunu hesab edir və özünü idarə edən adaya özünü müdafiə etmək üçün hərbi yardım göndərir.
ABŞ Prezidenti Co Bayden tez-tez deyir ki, Çin işğal etdiyi təqdirdə Birləşmiş Ştatlar Tayvanı hərbi yolla müdafiə edəcək, baxmayaraq ki, Vaşinqton Tək Çin siyasətinin dəyişmədiyini təkid edir.
Ötən il Tsai Nümayəndələr Palatasının ozamankı spikeri ilə Tayvanda görüşüb və Çin cavab olaraq özünü idarə edən ada ətrafında son illərin ən böyük canlı atəşin iştirakı ilə hərbi təlim keçirib.