Pekin rəsmilərinin çərşənbə axşamı bildirdiyinə görə, Çinin paytaxtındakı xəstəxanada baş verən yanğın zamanı 29 nəfər ölüb.
Yanğın Çinin paytaxtının qərbindəki Fentay rayonunda yerləşən Çanfen xəstəxanasının şərq qanadında baş verib. Fentay rayon rəhbərinin müavini Li Zunjun çərşənbə günü jurnalistlərə bildirib ki, qurbanlar arasında 26 xəstə, iki xəstəxana işçisi və ziyarətçi var.
Rəsmilər yanğın zamanı 3-ü ağır olmaqla, ümumilikdə 39 nəfərin xəsarət aldığını bildirib.
Sosial şəbəkələrdə yayılan videoda insanların pəncərələrdən bir-birinə bağlanmış çarpayı örtükləri ilə düşdüyünü, digərlərinin isə pəncərələrin kənarında quraşdırılmış kondisionerlərin üzərində oturduğu əks olunub. Yanğın tez bir zamanda söndürülsə də, bina hisə boyanıb.
Pekin İctimai Təhlükəsizlik Bürosunun rəsmisi xəstəxana direktoru və xəstəxananın stasionar qanadında təmir işləri aparan tikinti briqadasının rəhbəri də daxil olmaqla, yanğınla əlaqədar 12 nəfərin saxlanıldığını bildirib. İlkin araşdırmaya görə, yanğın qaynaq işləri zamanı yaranan qığılcımların alışan boyaya dəyməsi nəticəsində baş verdiyi ehtimal edilib.
Göründüyü kimi, yanğın Pekində son 20 ilin ən ağır hadisəsidir. Çində təhlükəsizlik standartlarına riayət edilməməsi səbəbindən yanğınlar tez-tez baş verir.