Accessibility links

Çinin Uhan şəhərində vəba xəstəliyinin qeydə alındığı haqda məlumat verilib


Çin rəsmiləri bazar ertəsi COVID-19-un qlobal səviyyədə yayılmasından əvvəl ilk başladığı Uhan şəhərində vəba xəstəliyinin baş verdiyini təsdiqləyib. Dövlət mediası bunun hələ də COVID epidemiyası ilə mübarizənin davam etdiyi vaxt ictimai narahatlığa səbəb olduğunu etiraf edib.

Çinin rəsmi Sinhua xəbər agentliyi bu barədə məlumatı bazar ertəsi axşam öz internet saytının ön səhifəsində, Vuçan rayonu hökumətinin xəstəliklərə nəzarət mərkəzinin yaydığı ictimai elana istinadən dərc edib. Uçan Uhan şəhərinin bir milyondan çox sakini olan bir rayondur. Xəstəliyə yoluxma halı Uhan Universitetində qeydə alınıb.

Çərşənbə axşamı yerli vaxtla səhər saatlarından etibarən bu xəbəri artıq Sinhua agentliyinin ön səhifəsində və vebsaytın yerli xəbərlər bölməsində tapmaq mümkün olmayıb.

Uhan Universiteti bazar ertəsi mədə xəstəliyi olan bir aspirantın iyulun 8-də qızdırma, qusma və ishal keçirdikdən sonra universitetin xəstəxanasına yerləşdirildiyini bildirib. Universitetdən verilən məlumata görə, bundan sonra tələbə iki dəfə daha yüksək səviyyəli xəstəxanalara köçürülüb və hazırda karantindədir.

Universitetin məlumatına əsasən, tələbənin qaldığı yataqxana, eləcə də tələbənin işlədiyi laboratoriya iyulun 9-dan etibarən bağlanıb. Onunla yaxın kontaktda olan üç nəfər - iki otaq yoldaşı və xəstəxanaya yerləşdirilməzdən əvvəl həmin tələbə ilə nahar edən üçüncü şəxs karantinə alınıb.

İyulun 9-u axşamdan ertəsi gün səhərə qədər eyni yataqxana binasında yaşayan 254 tələbə, həmçinin yataqxana binalarının müdirləri və 15 satıcı testdən keçirilib. Universitetdən bildirilib ki, potensial təsirə məruz qalan ərazilər müvəqqəti olaraq bağlanıb, müvafiq işçilər “qaydaya uyğun olaraq” karantinə alınıb və onlara profilaktik olaraq dərmanlar verilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG