Accessibility links

Çin Quançjou şəhərinin bəzi ərazilərində COVID-19 məhdudiyyətləri tətbiq edib


Çərşənbə günü Çin Quançjou şəhərinin bəzi ərazilərində COVID-19 məhdudiyyətləri tətbiq edərək, yerli infeksiyalarla mübarizədə Şenjenə qoşulub. Bu, Çinin cənubundakı iqtisadiyyatı ən dinamik olan iki şəhərində ticarət və gündəlik həyatındakı qeyri-müəyyənliyi dərinləşdirib.

Çin bu həftə bir neçə ən böyük şəhərində on milyonlarla insanın fəaliyyətinə təsir edən COVID-19 məhdudiyyətlərini gücləndirib. Bu ayın əvvəlində bəzi kiçik şəhərlərdə məhdudiyyətlər uzadılsa da, hər bir epidemiyanın qarşısını almaq səyləri ilə iqtisadi ehtiyacları balanslaşdırmağı nəzərə alan rəsmilər məhdudiyyətlərin cəmi bir neçə gün davam edəcəyini bildirib.

Honq Konq yaxınlığındakı təxminən 19 milyon sakini olan Quançjou çərşənbə axşamı beş infeksiyanın qeydə alındığını bildirsə də, rəsmilər şəhərin bəzi ərazilərindəki qapalı əyləncə mərkəzlərinin və restoranların şənbə gününə qədər bağlanmasına göstəriş verib.

Dövlət mediasının çərşənbə günü verdiyi məlumata görə, həmçinin şəhərdəki bütün uşaq bağçalarına, ibtidai, orta və yuxarı siniflərin payız semestrlərinin bərpasını təxirə salınması və artıq başlamış əyani dərslərin dayandırılması əmri verilib.

Şəhərdə avtobus və metro xidmətləri də məhdudlaşdırılıb.

Ümumilikdə 9 milyona yaxın sakini olan Şenjenin azı dörd rayonunda artıq bir neçə gün ərzində əyləncə və mədəniyyət müəssisələrinin bağlanıb, restoranların fəaliyyəti dayandırılıb və ya məhdudlaşdırılıb.

XS
SM
MD
LG