Accessibility links

Çindəki quraqlıq ölkənin enerji, ərzaq və iqtisadi təhlükəsizliyini təhdid edir


Çin bu yay rekord isti dalğası və quraqlıqlara məruz qalıb. Ekspertlərin fikrincə, bu, Pekinin dəyər verdiyi ərzaq, enerji və iqtisadi təhlükəsizliyi təhdid edə bilər.

Ən ağır zərbəni cənub-qərbi Sincan vilayətinə vuran ekstremal hava şəraiti 70 gündən çox davam edib və 1961-ci ildən bəri ölkədə ən güclü istilik dalğası olub. Sıncanda temperatur 43 dərəcəni keçib, Beybeydə isə temperatur 45 dərəcəyə yüksəlib.

Ekspertlərin fikrincə, kənd təsərrüfatı, enerji təhlükəsizliyi və iqtisadiyyat, eləcə də Çinin iqtisadi yüksəlişini təmin edən ümumi sabitlik risk altındadır.

Çin iqlim dəyişikliyinin səbəb olduğu hava şəraitinin təsir etdiyi tək ölkə deyil. Avropa da bu yay ekdtremal isti dalğaları ilə üzləşib. Son bir neçə ildə ABŞ-ın qərbində tez-tez baş verən meşə yanğınları dağıdıcı xarakter daşıyıb.

Lakin Çinin hava proqnozunun fərqli siyasi təsirləri var.

Rəsmi Xinhua xəbər agentliyinin məlumatına görə, Çinin Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyi, Su Ehtiyatları Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Çin Meteorologiya İdarəsi isti hava dalğasının bu payız taxıl məhsullarına təsirindən xüsusilə narahatdır.

“Çin rəsmiləri bu il payız məhsullarının yaxşı təmin edilməsi üçün quraqlığın təsirinin azaldılmasında məqsədyönlü tədbirlər görməyə çağırıb” Xinhua məqaləsində deyilir.

“Ready for Climate”ın qurucusu Qopal Reddinin sözlərinə görə, su qıtlığı ilə üzləşən Çin Kommunist Partiyası kənd təsərrüfatı və ya enerji istehsalı üçün suyu kəsib-kəsməyəcəyinə qərar verməlidir.

"Kənd təsərrüfatı sektorundan suyu kəsmək həqiqətən çətindir, çünki Çində ərzaqla özünütəmin çox vacibdir və bu, elektrik çatışmazlığına çevrilən su çatışmazlığı deməkdir” - deyə, Reddi Amerikanın Səsinə bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Şimali Koreya Yaponiya üzərindən ballistik raket atıb
please wait

No media source currently available

0:00 0:10:17 0:00
XS
SM
MD
LG