Accessibility links

Çində minlərlə ördək ölüsü tapılıb


Çinin Şanxay şəhəri yaxınlığındakı çaydan minlərlə ölü donuz aşkar edildikdən bir neçə gün sonra Sincan vilayətindəki çaydan mindən çox çürümüş ördək tapılıb.

Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəsmiləri ördəklərin çaya torbalarda atıldığını və insanların sağlamlığına təhlükə olmadığını, yerli media isə çaydakı sudan içmək üçün istifadə edilmədiyni bildirib.

Ördəklərin nə səbəbdən öldüyü və nəyə görə çaya atıldığı barədə təhqiqat aparılır. Bundan əvvəl ölü donuzların bəzilərindən virus aşkar edilmişdi ki, bunun digər heyvanlara keçəcəyindən ehtiyat edilib.
XS
SM
MD
LG