Accessibility links

Çində iki zəlzələ olub


Çin rəsmiləri Çinin şimal-qərbində baş vermiş iki zəlzələ zamanı 89 insanın həlak olduğu, yüzlərlə insanın yaralandığını deyib.

ABŞ Geoloji Sorğu 5.9 bal gücündə ilk zəlzələnin səhər saat 7:45-də Qansu vilayətinin Dinqhi şəhəri yaxınlığında baş verdiyini deyib. Zəlzələnin episentri 10 kilometr dərinlikdə olub.

5.6 bal gücündə ikinci zəlzələ isə 90 dəqiqə sonra eyni regionda olub. Zəlzələ yüzlərlə yeraltı təkanlarla davam edib.

Yüzlərlə bina uçub, minlərlə tikili zədələnib.

Regionun bir çox yerində elektrik enerji sistemi sıradan çıxıb.

Hadisə zamanı həlak olmuş insanların axtarışı və sağ qalanların xilası üçün regiona əsgərlər, polis və tibb işçiləri göndərilib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG