Accessibility links

Çin paytaxtında xarici jurnalistlərin fəaliyyəti məhdudlaşdırılır


Çin paytaxtında xarici jurnalistlərin fəaliyyəti məhdudlaşdırılır
Çin paytaxtında xarici jurnalistlərin fəaliyyəti məhdudlaşdırılır

Pekin bələdiyyə rəsmilərinin bildirdiyinə görə, xarici juünalistlər şəhərin mərkəzində müsahibərlə keçirmək üçün hökumətdən icazə almalıdır. Pekinin Xarici Əlaqələr idarəsinin rəsmisi Li Hoqkay bunu Çin rəsmilərinin xarici jurnalistləri Pekin, Şanxay və ölkənin digər böyük şəhərlərində internet vasitəsilə demokratiya naminə mitinqlər keçirməyə çağırmaqla iğtişaşlar yaratmaqda ittiham etməsindən bir neçə gün sonra elan edib. Polis icazə olmadığına görə son günlər xarici jurnalistlərin paytaxtda kamera ilə çəkilişlərinə icazə verməyib. Bir çox xarici jurnalistə yeni qaydalara əməl etmədikləri halda, ölkədən çıxarıla biləcəklərinə dair xəbərdarlıq edilib

XS
SM
MD
LG