Accessibility links

Çinin Sincan vilayətində polis sürücünü döyərək öldürüb


Lozbo şəhərində 10 minə qədər insan küçələrə çıxıb

Çinin Sincan vilayətində yol polisinin yük maşınını saxlayıb sürücünü ölənədək döyməsindən sonra on minə qədər insan küçələrə çıxıb ixtişaşlar törədib.

Rəsmi Sinxua xəbər agentliyinin bildirdiyinə görə, Lozbo şəhərində iştişaşlar yalnız bu gün səhər yatırılıb. Qarşıdurma zamanı ölənlərin olmadığı deyilsə də, 7 polis maşınının yandırıldığı bildirilib. Online məlimatlarında polisə butulkalar və daşlarla hücum edən nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edildiyi deyilir.

Dövlət mediası isə Lozbo şəhərinin sakini Qan Junyuan adlı şəxsin polis tərəfindən döyülərək öldürülməsi barədə məlumatı təkzib edib.

Kommunist partiyasının nəzarət etdiyi "Global Times" qəzeti rəsmilərə istinadən bildirib ki, adı çəkilən şəxs ağır xəstə olduğu üçün dünyasını dəyişib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG