Accessibility links

Çin son bir ildə ilk dəfə COVID-dən 2 ölüm halının qeydə alındığını bildirir


Çində son bir ildə ilk dəfər olaraq COVID-19-dan ölüm halları qeydə alınıb.

İki ölüm halı ölkənin şimal-şərqində Cilin vilayətində qeydə alınıb.

Çin yeni koronavirusa yoluxma dalğası ilə mübarizə aparır.

Bu səbəblə Çinin səhiyyə rəsmiləri COVID-19-la əlaqədar məhdudiyyətləri sərtləşdiriblər. Eyni zamanda isə bir çox Qərb ölkəsi COVID-19 mandatlarını qaldırır.

Koronavirus iki il öncə Çinin Vuhan vialyətində üzə çıxıb.

Bu arada isə Honq Konqda səhiyyə rəsmiləri deyir ki, orada COVID-19-a yoluxma halları bir milyonu ötüb. Cümə günü Honq Konqda 20,082 yeni yolucma və 206 yeni ölüm halı qeydə alınıb.

Avropanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi Ukraynadan qaçan insanların gəldiyi ölkələri qəbul mərkəzlərində COVID-19 testləri və vaksinlərini priotet etməyə çağırır.

“COVID-19-a qarşı vaksinasiya xəstəxanaya yerləşdirmə və ölüm hallaqının qarşını almaq üçün ən vacid müdaxilə yolu olaraq qalsa da, Ukraynadan qaçan bir çox insanın COVID-19-a qarşə tam vaksin olmadıqları gözlənilir,” mərkəz cümə günü bəyanatında bildirib.

Cons Hopkins Koronavirus Resurs Mərkəzi şənbə günü bildirib ki, dünya boyu 468 milyondan çox COVID-19-a yoluxma halı və 6 milyondan çox ölüm halı qeydə alınıb. Cons Hopkins qlobal miqyasda 11 milyard vaksinin tətbiq edildiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG