Accessibility links

Çində COVID-19-dan 60 min ölüm halı qeydə alınıb


Pekin. 2023
Pekin. 2023

Çin daha öncə məlumatları açıqlamaması ilə əlaqədar şikayətlərdən sonra şənbə günü dekabr ayının əvvəlindən bəri COVID-19-a yoluxan 60 minə yaxın insanın öldüyünü bildirib və deyib ki, ən son yoluxma dalğasındakı pik nöqtə artıq geridə qalıb.

Bu rəqəmə dekabrın 8-dən bəri COVID-19-un səbəb olduğu tənəffüs çatışmazlığı və COVID-19-la birlikdə başqa xəstəliklərin səbəb olduğu 5503 ölüm halı daxildir. Bu barədə Milli Səhiyyə Komissiyası məlumat verib. Qurum bildirib ki, “COVID-lə əlaqədar ölüm halları” xəstəxanalarda baş verib. Bu da daha çox insanın evlərində ölmüş ola biləcəyi ehtimalını artırıb.

Bu açıqlama ilə birlikdə Çinin xəstəlik ilk 2019-cu ildə Vuhan şəhərində üzə çıxandan bəri rəsmi olaraq 10775 kimi göstərdiyi COVID-19-la əlaqədar ölüm hallarının sayı ikiqat artır.

Çin oktyabr ayında yoluxmaların artmasına və xəstəxanaların xəstə pasientlərlə dolmasına baxmayaraq dekabr ayının əvvəlində virus əleyhinə nəzarətləri kəskin şəkildə aradan qaldırandan sonra COVID-19-a yoluxma və ölüm halları ilə bağlı məlumatları dərc etməyi dayandırıb.

Şəhər və vilayət hökumətlərinin məlumatları Çində yüz milyonlarla insanın virusa yoluxa biləcəyinə dair hesabatlarından sonra Ümumdünya Səhiyyə Təşkilatı və başqa hökumətlər daha çox məlumatın paylaşılmasına çağırıb.

Milli Səhiyyə Komissiyasının rəsmisi Jiao Yahui bildirib ki, qızdırma klinikalarına müraciət edən xəstələrin sayının azalması əsaslanaraq, ən son yoluxma dalğasındakı pik nöqtənin artıq geri qaldığı güman edilir.

Ciaonun sözlərinə görə, dekabrın 23-də həmin klinikalara gedən insanların sayı gündə 2.9 milyona çatmışdı və cümə axşamı bu rəqəm 83 faiz azalaraq 477 minə çatıb.

Birləşmiş Ştatlar, Cənubi Koreya və başqa ölkələrin hökumətləri Çindən gələn insanlara virusa qarşı test olmaq tələbi və başqa nəzarətlər tətbiq ediblər.Pekin çərşənbə günü cavab olaraq, Cənubi Koreya və Yaponiyadan insanlara yeni vizaların verilməsini dayandırıb.

Çin pandemiyanın pik vaxtında virusa yoluxan hər bir insanı təcrid etməyi hədəfləyən “sıfır-COVID” strategiyası ilə gündəlik yoluxma və ölüm hallarını Birləşmiş Ştatlar və bir neçə başqa ölkədən aşağı səviyyədə tutmuşdu. Bununla bəzi şəhərlərə giriş bağlanmışdı, milyonlarla insan evlərinə qapalı qalmışdı ki, bu da qəzəbli etirazlara səbəb oldu.

Səhiyyə Komissiyasının məlumatına görə, Dekabrın 8-dən bəti ölən insanların ortalama yaşı 80.3-dür, 90.1 faizinin yaxşı 65 və yuxarıdır. Qurum bildirib ki, ölənlərin 90 faizindən çoxu xərçəngdən, ürək, ciyər və ya böyrək xəstəliklərindən əziyyət çəkirdi.

“Xəstəlikdən ölən yaşlı pasientlərin sayı nisbətən çoxdur. Bu da bizim yaşlı pasientlərə daha çox diqqət yetirməli olduğumuzu və onların həyatlarını xilas etmək üçün əlimizdən gələni etməli olduğumuzu göstəri,” Ciao deyib.

Bu ay ÜST-ün baş direktoru Tedros Adhanom Ghebreyesus deyib ki, təşkilat rəsmiləri Çin rəsmiləri ilə görüşərən COVID-19 məsələləri, o cümlədən xəstəxanaya yerləşdirilmə nisbəri və genetik ardıcıllıqla bağlı daha çox detalları paylaşmağın vacibliyini vurğulayıb.

XS
SM
MD
LG