Accessibility links

Çin lideri Şi Rusiyanın xarici işlər naziri Lavrovla görüşüb


Çin Prezidenti Şi Tsinpin (sağda) Çin paytaxtı Pekində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşür, 9 aprel 2024. (Mənbə: Rusiya Xarici İşlər Nazirliyi/Reuters)
Çin Prezidenti Şi Tsinpin (sağda) Çin paytaxtı Pekində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşür, 9 aprel 2024. (Mənbə: Rusiya Xarici İşlər Nazirliyi/Reuters)

Çin lideri Şi Tsinpin Qərb demokratiyalarına ortaq və qarşılıqlı etiraz əlaməti olaraq, Moskvanın Ukraynaya müdaxiləsi fonunda çərşənbə axşamı Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.

"Biz bu illər ərzində və hər şeydən əvvəl sizin rəhbərliyinizlə son onillikdə əldə etdiyiniz uğurlara görə ən yüksək qiymət və heyranlığımızı bildirmək istərdik", - deyə Lavrov Şiyə bildirib.

"Dünyada hər kəs bu münasibəti göstərməsə və Rusiyanın inkişafı kimi Çinin də inkişafının qarşısını almaq üçün hər cür cəhd etsə də, biz bu uğurlara ürəkdən sevinirik, çünki bunlar dostların uğurlarıdır" – deyə, Lavrov bildirib.

Rusiyanın artan iqtisadi və diplomatik təcridi onu Soyuq Müharibə dövründə Kommunist blokunun liderliyi uğrunda keçmiş rəqibi olan Çinə daha çox yaxınlaşdırıb. Son onilliklərdə hər iki tərəf xarici siyasətlərini yaxından əlaqələndirib, birgə hərbi təlimlər keçirib və Şanxay Əməkdaşlıq Təşkilatı kimi qruplara qoşulmayan dövlətləri birləşdirməyə çalışıblar.

Çərşənbə axşamı Lavrov çinli həmkarı Van Yi ilə keçirdiyi mətbuat konfransında beynəlxalq məsələlərdə həmrəyliklərini bir daha təsdiqləyib.

Lavrov bildirib ki, Rusiya və Çin Rusiyanın mövqeyini nəzərə almayan istənilən beynəlxalq tədbirə qarşıdır.

O, Ukrayna prezidenti Volodimir Zelenskinin "sülh formulası"nın "istənilən reallıqdan tamamilə uzaq olduğunu" deyib.

Zelenski Rusiya qüvvələrinin çıxarılmasına və Ukraynanın bütün işğal olunmuş ərazilərinin geri qaytarılmasına çağırıb. Lakin o, əsasən ABŞ-ın dəstəyinə arxalansa da, Respublikaçılar Partiyasının əksəriyyət təşkil etdiyi Nümayəndələr Palatasında yeni hərbi yardım paketini təsdiqləməyib.

Çin və Rusiya bir-birinin ən mühüm diplomatik tərəfdaşlarıdır. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvüdür və ABŞ və müttəfiqlərinin Venesueladan Suriyaya qədər demokratik dəyərlər və insan haqlarının yayılması təşəbbüslərini əngəlləmək üçün birlikdə çalışırlar.

Çin Rusiyaya birbaşa hərbi dəstək verməsə də, Qərbi Rusiya prezidenti Vladimir Putini müharibəyə başlamaq qərarına təhrik etməkdə günahlandıraraq, Moskvanı diplomatik şəkildə dəstəkləyib və Kremlə hörmət əlaməti olaraq bunu hərbi müdaxilə adlandırmaqdan çəkinib. Çin həmçinin Rusiyaya silah və ya hərbi yardım göstərmədiyini bildirsə də, Vaşinqton və müttəfiqlərinin sanksiyaları fonunda Hindistan və digər ölkələrlə yanaşı, Moskva ilə möhkəm iqtisadi əlaqələr saxlayır.

Birgə mətbuat konfransında Van Çinin atəşkəs və "müharibənin tezliklə bitməsi" çağırışlarını təkrarlayıb.

"Çin, həm Rusiya, həm də Ukrayna tərəfindən tanınan, bütün tərəflərin bərabər şəkildə iştirak edə biləcəyi və sülhə dair bütün həlləri ədalətli şəkildə müzakirə edə biləcəyi beynəlxalq görüşün uyğun vaxtda çağırılmasını dəstəkləyir", Van bildirib.

Çinin sülh təklifi qismən ölkənin Rusiyaya davamlı dəstəyi və gələcək həll yolunun, xüsusən də işğal olunmuş Ukrayna ərazilərinin və onların sakinlərinin taleyinin necə olacağına dair baxışının olmaması səbəbindən az maraq doğurub.

Van həmçinin bildirib ki, Şi və Putin bir-birlərinin paytaxtlarına səfərlərin gözlənildiyi vaxt bu il də sıx mübadilələri davam etdirəcəklər.

"Çin və Rusiya enişli-yoxuşlu yollardan keçib və hər iki tərəf tarixi təcrübədən dərs çıxarıb və ikitərəfli münasibətlərin sağlam və sabit inkişafına kömək etmək üçün düzgün yol tapıb. Çin və Rusiya arasında bugünkü yaxşı münasibətlər çətin qazanılıb və hər iki tərəfin diqqətlə qorunub saxlanmasına layiqdir" – deyə, Van qeyd edib.

Lavrov bazar ertəsi Çinə gəlib. Van və Çinin digər aparıcı siyasi xadimləri bu yaxınlarda Rusiyaya səfər ediblər və Çinin münaqişənin səbəbi ilə bağlı Rusiyanın fikirlərini dəstəkləmək xəttini saxlayıblar.

Forum

XS
SM
MD
LG