Accessibility links

Çin və Şimali Koreya rəsmiləri arasında son illərin ən yüksək səviyyəli görüşü keçirilib


Çin dövlət mediasının məlumatına görə, Çinin yüksək səviyyəli rəsmisi şənbə günü Pxenyanda Şimali Koreya lideri Kim Conq Unla görüşü zamanı Çinin Şimali Koreya ilə münasibətlərini bir daha təsdiqləyib. Bu, müttəfiqlər arasında son illərdə keçirilən ən yüksək səviyyəli danışıqlardır.

Hakim Kommunist Partiyası iyerarxiyasında üçüncü yeri tutan və formal parlamentə sədrlik edən Jao Lejinin səfəri Şimali Koreya Cənubi Koreya və onun müttəfiqi olan Birləşmiş Ştatları qorxutmaq üçün raketlər sınaqdan keçirdiyi bir vaxta təsadüf edir.

Xinhua xəbər agentliyi məlumat verir ki, Jao üç günlük səfərinin yekununda keçirilən iclasda Kimə deyib ki, Şimali Koreyanın ən mühüm iqtisadi yardım və diplomatik dəstək mənbəyi olan Çin münasibətləri daha da inkişaf etdirmək istəyir. O, nə yarımada, nə də regiondakı siyasi vəziyyətlə bağlı şərh verməyib.

Çin və Şimali Koreya 85 il öncə diplomatik əlaqələr qurandan bəri “yaxşı qonşu olublar və ortaq tale və inkişaf səviyyəsi əldə etmək üçün birlikdə mübarizə aparıblar,” Xinhua Jaodan sitat gətirib.

Çin 1950-53-cü illərdə Koreya müharibəsi zamanı reklüziv kommunist dövlətinin tərəfində ABŞ və başqalarına qarşı mübarizə aparıb və son illərdə, BMT-nin Pxenyanın Pekinin də dəstəklədiyi nüvə silahları proqramı səbəbilə tətbiq etdiyi sanksiları pozaraq, ona zəif iqtisadiyyatını canlandırmağa yardım edib.

Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, Jao şimali koreyalı həmkarı Ço Ryonq Ha ilə cümə günü görüşərək, bütün sahələrdə mübadilə və əməkdaşlığı təşviq etməyin yollarını müzakirə edib.

Şimali Koreya COVID-19 pandemiyası zamanı yoluxmalar və ərzaq çatışmazlığı ilə bağlı xəbərlər fonunda sərhədlərini bağlayıb. Jaonun Şimali Koreyaya səfəri pandemiya başlayandan bəri Çin Siyasi Bürosunun Daimi Komitəsinin üzvünün iştirakı ilə ilk ikitərəfli mübadiləni qeyd edir. Pandemiyada əvvəl Kim və Çin Prezidenti Şi Tsinpin 2019-cu ildə iki sammit keçirib.

Şimali Koreya və Çinin bu ilk diplomatik münasibətlərin qurulmasını qeyd etmək məqsədilə bir neçə görüş keçirəcəkləri gözlənilir. Şimali Koreya raket və nüvə proqramları səbəbilə ABŞ və Şimali Koreya ilə qarşıdurma fonunda Pekin və Rusiya ilə əməkdaşlığını artırmağa çalışır.

Kim sentybarda Rusiya Prezidenti Vladimir Putinlə sammit üçün Rusiyaya səfər edib. ABŞ, Cənubi Koreya və digərləri Şimali Koreyanı qabaqcıl silah texnologiyaları və başqa yardım müqabilində Rusiyanı Ukraynadakı müharibəsi üçün silahlarlar təmin etməkdə ittiham edirlər.

Çin Rusiyanın müdaxiləsini tənqid etməkdən imtina edib və ABŞ və NATO-nu Moskvanı təhrik etməkdə ittiham edib, amma Moskvanı birbaşa hərbi dəstəklə təmin etməyəcəyini bildirib.

Forum

XS
SM
MD
LG