Accessibility links

Çinin Milli Xalq Konqresinin sessiyası keçirilir


Çin hökuməti bu gün illik parlament sessiyasında korrupsiya ilə mübarizə aparacağını, ətraf-mühiti yaxşılaşdıracağını və iqtisadiyyatı inkişaf etdirəcəyini vəd edib.

Ölkə boyu minlərlə nümayəndə bir araya gəlib. Pekində ciddi təhlükəsizlik tədbirləri görülüb. Milli Xalq Konqresinin 13 gün davam edəcək sessiyası Çinin on ildə bir dəfə rəhbər seçim prosesini tamamlayacaq.

Baş nazir Ven Ciabao vəzifəsidən getməzdən əvvəl sessiyanın açılışında sonuncu hesabatını ünvanlayıb. O deyib ki, Çin hökuməti ölkənin balanssız iqtisadi artım və gəlir fərqliliyini tənzimləmək yolunda çətinliklərlə qarşılaşır.

Cənab Ven deyib ki, Çinin 7.5 faiz iqtisadi artım hədəfi ötən ilki ilə eynidir. O, Pekinin müdafiə xərclərinin 11 faiz artıracağını vəd edib.

Cənab Ven Çində ətraf-mühitin bərpa edilməsinə dair səylərin davam etdirilməsinə də söz verib. O deyib ki, Pekin enerji istifadəsini məhtudlaşdırmalı, konservasiyanı inkişaf etdirməli və hava, torpaq və suyun çirklənməsinə dair problemləri aradan qaldırmaq yolunda işlər görməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG